16:37 - 3.08.2026
3 avqust, Fineko/abc.az. Nazirlər Kabineti “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da dəyişiklik edib.
Dəyişikliyə əsasən, kommersiya hüquqi şəxslərinin nizamnamə kapitalındakı payı ilə bağlı əsas məlumatlar Elektron Hökumət İnformasiya Sistemi (EHİS) vasitəsilə real vaxt rejimində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə ötürüləcək.
Sözügedən mexanizm aşağıdakı əməliyyatlara şamil edilir:
Nizamnamə kapitalındakı payın özgəninkiləşdirilməsi müqavilələri;
Payın vərəsəlik qaydasında başqa şəxsə keçməsi;
Payın yüklü edilməsi (girov qoyulması və s.);
Təsisçisi və qanuni təmsilçisi eyni şəxs olan hüquqi şəxsin təsisçisi öldükdə mirasın qorunması məqsədilə əmlak idarəçisinin təyin olunması.
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026