17:17 - 4.08.2026
4 avqust, Fineko/abc.az. Bu ilin birinci yarısında Azərbaycanın neft yataqlarından 7 milyard 864,17 milyon kubmetr səmt qazı hasil edilib.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, səmt qazı hasilatının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,5% çoxdur. Hesabat dövründə hasil edilən səmt qazının 2 milyard 530,77 milyon kubmetri əmtəəlik məhsulun payına düşüb ki, bu da illik müqayisədə 22,6%-lik artım deməkdir.
Xatırladaq ki, 2025-ci ildə ölkənin neft yataqlarından ümumilikdə 15 milyard 416,22 milyon kubmetr (+2,1%) səmt qazı hasil olunub ki, bunun da 4 milyard 22,57 milyon kubmetri (+5,33%) əmtəəlik qaz təşkil edib.
10 Avqust 2026
10 Avqust 2026
8 Avqust 2026