14:00 - 5.08.2026
5 avqust, Fineko/abc.az. Türkiyənin ən böyük neft emalı şirkəti "Tüpraş" 2026-cı ilin ikinci rübünə dair maliyyə hesabatını açıqlayıb.
Şirkətin xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 291%, əvvəlki rüblə müqayisədə isə 1 048% artaraq 45,9 milyard türk lirəsinə (TL) (təxminən 965,3 milyon dollar) çatıb və bazarın 30,7 milyard TL-lik (təxminən 645,6 milyon dollar) gözləntisini 50% üstələyib.
ABŞ-İran münaqişəsi fonunda yüksələn neft qiymətləri və emal marşaları şirkətin göstəricilərinə müsbət təsir göstərib. "Tüpraş"ın rüblük gəliri 60% artaraq 386,4 milyard TL-yə (təxminən 8,12 milyard dollar), faiz, vergi və amortizasiya öncəsi mənfəəti (FAVÖK) isə 197% artımla 54,3 milyard TL-yə (təxminən 1,14 milyard dollar) təşkil edib.
Xalis emal marşasının barel üzrə 9,4 dollardan 21,4 dollara yüksəlməsi fonunda şirkət ilsonu rəsmi emal marşası proqnozunu 6-7 dollardan 13-15 dollar aralığına qaldırıb. Eyni zamanda şirkətin xalis nağd mövqeyi 80 milyard TL-dən (təxminən 1,68 milyard dollar) 131 milyard TL-yə (təxminən 2,75 milyard dollar) yüksəlib.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026