Hindistan və ABŞ aralıq ticarət sazişinin imzalanmasına yaxındır

20:17 - 25.06.2026


25 iyun, Fineko/abc.az. Hindistan və ABŞ aralıq ticarət sazişinin şərtləri üzrə prinsipial razılığa gəlib və sənədin yaxın iki həftə ərzində imzalanması gözlənilir.

ABC.AZ xəbər verir ki, bu barədə The Indian Express məlumat yayıb.

Saziş hərtərəfli ikitərəfli razılaşmaya aparan mərhələ olacaq və bazarlara çıxış, rəqəmsal ticarət, eləcə də təchizat zəncirlərinin dayanıqlığı kimi məsələləri əhatə edir. Tam saziş üzrə danışıqlar 2025-ci ildən davam edir və 2030-cu ilə qədər qarşılıqlı ticarətin 500 milyard dollara çatdırılmasını nəzərdə tutur.