11:29 - 25.06.2026
25 iyun, Fineko/abc.az. Bu il iyunun 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 635,4 milyon manat təşkil edib.
ABC.AZ Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, mayın 1-i ilə müqayisədə 3,45 % çoxdur.
Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 21,15 %, son 1 ildə isə 25 % artıb.
Mayın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,9 % təşkil edib. Bu nisbət aprelin sonuna da 1,9 %, ötən ilin sonuna 1,6 %, ötən il mayın sonuna isə 1,7 % olub.
25 İyun 2026
25 İyun 2026
24 İyun 2026
24 İyun 2026