14:37 - 23.06.2026
23 iyun, Fineko/abc.az. “Azərbaycan Dəmir Yolları” QSC (ADY) və Çinin “CRRC Ziyang Co., Ltd” şirkəti arasında 4 ədəd yeni magistral sərnişin lokomotivinin alışı haqqında müqavilə imzalanıb.
ABC.AZ ADY-yə istinadən xəbər verir ki, müqavilə səhmdar cəmiyyəti nümayəndə heyətinin Çinə işgüzar səfərdə çərçivəsində ADY sədri Rövşən Rüstəmovun Çin şirkətinin rəhbəri Çen Çjisinlə görüşündə imzalanıb.
Məlumata görə, lokomotivlərin 2027-ci il ərzində Azərbaycana çatdırılması nəzərdə tutulur. Yeni sərnişin lokomotivləri xüsusilə uzaq məsafələrə daşımalarda xidmət keyfiyyətinin və sərnişin məmnuniyyətinin daha da yüksəldilməsinə imkan verəcək.
Görüşdə ADY-nin lokomotiv parkının yenilənməsi, yük və sərnişin daşımaları üzrə hərəkət tərkibinin texniki imkanlarının artırılması, beynəlxalq nəqliyyat dəhlizləri ilə artan yük daşımaları üzrə çevik və təhlükəsiz xidmət göstərilməsi, eləcə də ADY ilə “CRRC Ziyang Co., Ltd.” arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
23 İyun 2026
23 İyun 2026
23 İyun 2026
23 İyun 2026
23 İyun 2026
22 İyun 2026
22 İyun 2026