11:26 - 19.06.2026
19 iyun, Fineko/abc.az. Zəngəzur dəhlizi Azərbaycanın logistika mərkəzi kimi rolunu gücləndirəcək.
ABC.AZ xəbər verir ki, bunu Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 51-ci İllik Toplantılarıı çərçivəsində İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev bildirib.
"Logistika və anbar təsərrüfatı Azərbaycanda investisiya üçün ən perspektivli istiqamətlərdən biri hesab olunur. Avropa ilə Asiyanın kəsişməsində yerləşən ölkə əsas beynəlxalq ticarət marşrutlarını birləşdirən mühüm tranzit və logistika mərkəzi rolunu oynayır. Bu sahədə investisiya imkanları logistika parkları, A sinifli anbarlar, soyuducu saxlama kompleksləri, paylama mərkəzləri, konteyner terminalları, ekspeditor xidmətləri və rəqəmsal logistika platformalarını əhatə edir. Zəngəzur dəhlizinin istifadəyə verilməsi ölkənin tranzit potensialını artıracaq mühüm amillərdən biri kimi qiymətləndirilir".
19 İyun 2026
17 İyun 2026