17:27 - 9.06.2026
9 iyun, Fineko/abc.az. Amerikalılar maliyyə vəziyyəti və əmək bazarı ilə bağlı artan pessimizm nümayiş etdirirlər.
ABC.AZ xəbər verir ki, bu, Nyu-York Federal Ehtiyat Bankının sorğusunda əksini tapıb.
May ayında maliyyə vəziyyətinin pisləşdiyini deyənlərin payı 2023-cü ilin yanvarından bəri ən yüksək səviyyəyə çatıb, yaxşılaşma gözləyənlərin sayı isə artıq beşinci aydır azalır.
Eyni zamanda, işsizlik riskləri də artıb: işini itirmə ehtimalı 15,1%-ə yüksələrək altı aylıq maksimuma çatıb, iş tapma ehtimalı isə 43,7%-ə düşərək beş aylıq minimuma enib.
İnflyasiya gözləntiləri isə 3,5% səviyyəsində qalır.
11 İyun 2026
11 İyun 2026
11 İyun 2026