Afrika ölkələri Avropanı qazla təmin etmək üçün birləşir – Trans-Sahara layihəsi aktivləşib

10:54 - 9.06.2026


9 iyun, Fineko/abc.az. Nigeriya, Niger və Əlcəzair Avropanın Rusiya qazından asılılığını azaltmaq məqsədilə irimiqyaslı Trans-Sahara qaz kəməri layihəsinin icrasını sürətləndiriblər. Layihə çərçivəsində Avropa bazarına ildə 30 milyard kubmetrədək təbii qazın nəqli nəzərdə tutulur.

ABC.AZ xəbər verir ki, artıq Əlcəzair ərazisində kəmərin gələcək marşrutu boyunca tikinti işlərinə start verilib. Bu, Nigeriya qazının Niger vasitəsilə Avropa istehlakçılarına çatdırılmasını hədəfləyən çoxillik planın reallaşdırılmasında mühüm mərhələ hesab olunur.

Ümumi uzunluğu 4 128 kilometr olacaq bu qaz kəməri Nigeriyanın zəngin qaz yataqlarını Əlcəzairin qaz nəqliyyat sistemi ilə birləşdirəcək. Yanacaq məhz Əlcəzairin mövcud infrastrukturu vasitəsilə Avropa ölkələrinə ötürüləcək. Ekspertlər qeyd edirlər ki, Avropa İttifaqı bu layihə sayəsində Rusiya qazını əvəzləməyə ümid etsə də, kəmərin tam gücü ilə fəaliyyət göstərməsi yaxın gələcəyin deyil, daha uzunmüddətli perspektivin mövzusudur.