Mərkəzi Bank və "Deutsche Bank" rəsmiləri əməkdaşlıq perspektivlərini müzakirə ediblər

10:23 - 22.05.2026


22 may, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktorları Vüqar Əhmədov və Elrad Seydiyev "Deutsche Bank"ın Türkiyə üzrə ölkə rəhbəri Orhan Özalpın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüblər.

ABC.AZ xəbər verir ki, bu barədə Mərkəzi Bankın "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.

Görüş çərçivəsində ölkədəki makroiqtisadi vəziyyət, pul siyasətinin ötürücülüyü, maliyyə sabitliyi sahəsində aparılan islahatlar və qarşıdakı dövr üzrə strateji hədəflər müzakirə olunub.

Tərəflər, həmçinin Mərkəzi Bank ilə "Deutsche Bank" arasında əməkdaşlığın gələcək perspektivlərinə dair geniş fikir mübadiləsi aparıblar.