15:51 - 5.05.2026
5 may, Fineko/abc.az. Son 24 saatda kriptovalyuta bazarında fərqli istiqamətli dəyişikliklər müşahidə olunub.
ABC.AZ xəbər verir ki, "CoinMarketCap" platformasında bazarın lideri olan “Bitcoin”in (BTC) qiyməti 0,65% artaraq 80 861 dollar olub.
“Ethereum”un (ETH) qiyməti 0,44% azalaraq 2 379 dollar, BNB-nin qiyməti 1,07% azalaraq 626 dollar, “Bitcoin Cash”in (BCH) qiyməti isə 1,18% azalaraq 443 dollar olub.
Paralel olaraq qızıla indekslənmiş “Tether Gold” (XAUT) 1,50% ucuzlaşaraq 4 529 dollar, “PAX Gold” (PAXG) 1,53%ucuzlaşaraq 4 528 dollar səviyyəsində qərarlaşıb.
Digər tərəfdən, “Zcash” (ZEC) 2,10% bahalaşaraq 427 dollar, “Monero” (XMR) 1,75% bahalaşaraq 404 dollar olub.
Ümumilikdə isə qlobal kriptovalyuta bazarının kapitallaşması sutka ərzində 0,31% artaraq 2,67 trln. dollar təşkil edib.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026