Qiymətli kağızlar və fintex bazarlarının inkişafı prioritet olaraq müəyyən edilib - ABA rəhbəri

15:43 - 24.04.2026


24 aprel, Fineko/abc.az. Mərkəzi Bank tərəfindən risklərin idarə edilməsi və Basel standartlarının yüksəldilməsi istiqamətində görülən işlərə dəstək olaraq təlim və tədris proqramları gücləndiriləcək.

ABC.AZ xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) Prezidenti Zakir Nuriyev bildirib.

O qeyd edib ki, bankların qiymətli kağızlar bazarında daha fəal iştirakı təmin ediləcək, maliyyə sektorunun müxtəlif seqmentləri arasında əməkdaşlıq və sinerji artırılacaq.

"Həmçinin sığorta, qiymətli kağızlar və fintex bazarlarının inkişafı, açıq bankçılığın tətbiqi, ödəniş sistemlərinin təkmilləşdirilməsi prioritet istiqamətlər kimi müəyyən edilib. Eyni zamanda kibertəhlükəsizlik tədbirlərinin genişləndirilməsi və bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi də planlaşdırılır" - deyə ABA rəhbəri bildirib.