15:36 - 22.04.2026
22 aprel, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Toğrul Əliyev "Maliyyə icarəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
ABC.AZ xəbər verir ki, T.Əliyevin sözlərinə görə, maliyyə icarəsi fəaliyyətinə məhdudlaşdırıcı tələblərin gətirilməsi nəzərdə tutulmur:
"Qanun layihəsində hüquqi şəxslərin maliyyə icarəsi fəaliyyətindən başqa fəaliyyətlə məşğul ola bilməməsi təsbit olunub. Burada məqsəd minimal nəzarətlə əhatə olunan, müəyyən reyestrdə qeydiyyatı aparılan, müəyyən hesabatlılığı olan, ictimai hesabatları açıqlayan və dayanıqlı təşkilatların maliyyə sektorunda icarə fəaliyyəti göstərməsidir. Maliyyə icarəsi sahəsinin etibarlılığının artırılması, bu sahənin yerli və xarici investorlar üçün cəlbediciliyinin gücləndirilməsi, bu fəaliyyətlə məşğul olan şəxslərin digər maliyyə institutlarının resurslarına çıxış imkanlarının artırılması çox vacibdir".
Bundan başqa, T.Əliyev deyib ki, icarə müddəti ərzində ödəniləcək məbləğ obyektin icarəsinin əvvəlinə olan bazar qiymətinin ən azı 90%-nə bərabər və yaxud ondan artıq olmalıdır: "Layihəyə əsasən maliyyə icarəsi obyektinin maliyyə icarəsi alanın sahibliyinə və istifadəsinə verilməsini nəzərdə tutur: "Bu zaman növbəti meyarlar olduğu halda, maliyyə icarəsi bu hüquqi münasibətlərə uyğun hesab edilir. Bu meyarlar nədən ibarətdir? Müqavilədə nəzərdə tutulmuş icarə müddəti bitdikdən sonra obyektin icarəalanın mülkiyyətinə verilməsi yaxud onun maliyyə icarəsi obyektini müəyyən qiymətə almaq hüququnun təsbit olunmasıdır. İcarə müddəti obyektin istismar müddətinin 75%-dən artıq olmalıdır. İcarə müddəti bitdikdən sonra qalıq dəyəri icarənin əvvəlinə olan bazar qiymətinin 20 %-dən az olmalıdır. Maliyyə icarəsini klassik icarədən fərqləndirən məhz qeyd etdiyimiz bu meyarlar və xüsusiyyətlərdir".
8 Avqust 2026
8 Avqust 2026