15:04 - 15.04.2026
15 aprel, Fineko/abc.az. Mərkəzi Bankın məlumatına görə fiziki şəxslərin banklardakı əmanətlərinin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16 faiz artaraq 2026-cı il mart ayının 1-nə milli valyuta ekvivalentində 17 milyard 209,3 milyon manat təşkil edib.
Bu barədə ABC.AZ Dövlət Statistika Komitəsinə istinadla xəbər verir.
Qeyd olunur ki, əmanətlərin 69,4 faizi milli, 30,6 faizi xarici valyutada qoyulub, milli valyutada qoyulmuş əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 20,2 faiz, xarici valyutada olan əmanətlərin məbləği isə 7,4 faiz artıb.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026