ARDNF və Mərkəzi Bank ehtiyatlar idxalını 41.7 ay müddətində maliyyələşdirmək imkanına malik olub

16:03 - 10.04.2026


10 aprel, Fineko/abc.az. Göstəricinin yüksək olması daha güclü xarici likvidlik ehtiyatına işarə edir.

2025-ci ildə ARDNF və Mərkəzi Bankın ehtiyatlar idxalı 41.7 ay müddətində maliyyələşdirmək imkanına malik olub ki, bu da müqayisə olunan ölkələrdən əhəmiyyətli dərəcədə yüksəkdir.

ABC.AZ xəbər verir ki, bu barədə Bakı Fond Birjasının açıqladığı hesabatda qeyd edilib.

Vurğulanıb ki, müqayisə üçün Səudiyyə Ərəbistanında bu göstərici 21.6 ay, Pakistanda 32.9 ay təşkil etmiş, BƏƏ və Türkiyədə isə təxminən 6 ay səviyyəsində olub. Bu göstəricilər Azərbaycanın potensial xarici şoklara qarşı nisbətən daha güclü xarici dayanıqlılıq mövqeyinə malik olduğunu göstərir.