ABŞ 2027-ci il üçün rekord müdafiə büdcəsini təqdim edəcək – 1,5 trln dollar

16:37 - 3.04.2026


3 aprel, Fineko/abc.az. Cümə günü Ağ Ev 2027-ci maliyyə ili üçün ABŞ-ın müdafiə büdcəsi layihəsini təqdim edəcək, büdcənin həcmi rekord səviyyədə – 1,5 trln dollar olacaq.

ABC.AZ xəbər verir ki, təxminən 760 mlrd dollar silahların hazırlanması və alınmasına yönəldiləcək. Xərclər “Qızıl Günbəz” raketdən müdafiə sistemi, gəmiqayırma proqramları və F-35 döyüş təyyarələri üzrə proqramlar üçün artırılacaq.

ABŞ 85 ədəd müxtəlif modifikasiyalı F-35 təyyarəsi almağı planlaşdırır. Təxminən 66 mlrd dollar 18 döyüş və 16 qeyri-döyüş gəmisinin tikintisinə ayrılacaq. “Qızıl Günbəz”ə isə 17,5 mlrd dollar xərclənəcək.