Gümüşün qiyməti fevral ayından bəri ilk dəfə 75 dollardan aşağı düşüb

10:23 - 19.03.2026


19 mart, Fineko/abc.az. Cümə axşamı səhər saatlarında birjada gümüşün qiyməti 3%-dən çox ucuzlaşıb, ticarət sessiyası zamanı isə bir troya unsiyası üçün 75 dollar həddindən aşağı düşüb.

ABC.AZ xəbər verir ki, bu barədə ticarət məlumatlarında deyilir.

Bakı vaxtı ilə saat 09:43-ə olan məlumata görə, Nyu-Yorkun “Comex” birjasında gümüşün may fyuçerslərinin qiyməti 3,17% azalaraq bir unsiya üçün 75,135 dollara düşüb. Bir neçə dəqiqə əvvəl isə bu göstərici fevralın 18-dən bəri ilk dəfə 75 dollardan aşağı enib.