Dünya aviasiyası İran münaqişəsi fonunda yanacağın bahalaşmasından əziyyət çəkir

15:35 - 18.03.2026


18 mart, Fineko/abc.az. ABŞ və İsrailin İrana qarşı müharibəsi səbəbindən aviabenzinin qiymətinin kəskin artması dünya aviaşirkətlərini bilet qiymətlərini qaldırmağa və marşrutları azaltmağa məcbur edir.

ABC.AZ xəbər verir ki, “Delta Air Lines” və “American Airlines” yalnız birinci rübdə yanacağa çəkilən xərclərin 400 milyon dollar artdığını bildiriblər. Avropada və Asiyada aviasiya yanacaq çatışmazlığı və Yaxın Şərqdə hava məkanının bağlı olması səbəbindən təzyiq altında qalır, bu isə reyslərin ləğvi və marşrutların dəyişdirilməsinə gətirib çıxarır.