Yanvarda Azərbaycanda 56.1 min kilovat/saat elektrik istehsal edib

10:18 - 23.02.2026


23 fevral, Fineko/abc.az. Azərbaycanda külək turbinlərinin elektrik istehsalında “sıçrayış” başlayıb.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2026-ci ilin yanvarında külək elektrik stansiyaları 56.1 min kilovat/saat elektrik istehsal edib. Bu da illik müqayisədə təqribən 22 dəfəyə yaxın istehsaldır. Günəş elektrik stansiyalarının istehsalı illik müqayisədə 15.6 faiz artaraq 18.5 min kVt-saat olub.

Bununla belə su elektrik stansiyaları üzrə göstərici ürəkaçan deyil. İstehsal illik müqayisədə 40.5% azalma ilə 133.4 min kVt-saata düşüb.

Ölkədə ötən il istehsal edilmiş 2 milyon 257 min kVt-saat elektrik enerjisinin 1 milyon 978.6 min kVt-saatı istilik elektrik stansiyalarının payına düşüb. Bu da İES-lərin istehsalda hələ də payının 88% ətrafında olması deməkdir.

İES-lərin istehsal həcmi illik 2.5% azalıb.