10:15 - 20.02.2026
20 fevral, Fineko/abc.az. Türkiyə hakimiyyəti 2030-cu ilə qədər süni intellekt və məlumatların emalı sahəsində startapların maliyyələşdirilməsi üçün həcmi 10 milyard dollar olan vençur fondu yaradacaq.
ABC.AZ xəbər verir ki, sənaye və texnologiya naziri Fatih Kacır bildirib ki, vəsaitlər məlumat emalı mərkəzlərinin, bulud infrastrukturunun və sənaye, səhiyyə, maliyyə və dövlət sektorunda rəqəmsal texnologiyaların inkişafına yönəldiləcək.
Fond Milli Texnologiya Təşəbbüsünün bir hissəsi olacaq və süni intellekt sahəsində fəaliyyət göstərən startaplara birbaşa dəstək verəcək. Bundan əlavə, ölkə kvant texnologiyalarının inkişafı və rəqəmsal infrastrukturun gücləndirilməsi üzrə proqramlar həyata keçirərək qlobal rəqabət qabiliyyətini artırmağı və aparıcı dünya rəqəmsal mərkəzlərindən birinə çevrilməyi hədəfləyir.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026