“OBA Market” MMC barəsində inzibati xəta haqqında protokol tərtib olunub

10:41 - 12.02.2026


12 fevral, Fineko/abc.az. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən “OBA Market” MMC barəsində inzibati xəta haqqında protokol tərtib olunub.

ABC.AZ xəbər verir ki, qida məhsulu üzərində göstərilmiş qiymətdən daha baha qiymətə satılıb.

Bu hal “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci bəndinin pozulması kimi qiymətləndirilib.

Hüquq pozuntusu İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsinə (malın hesabına dair istehlakçıların az miqdarda aldadılması) uyğun olaraq rəsmiləşdirilib.

Protokol 24 dekabr 2025-ci il tarixində tərtib edilib.