10:56 - 31.07.2026
31 iyul, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, 2026-cı ilin I yarısında ölkənin xarici ticarət balansında 8 milyard ABŞ dollarına yaxın müsbət saldo qeydə alınıb.
Qurumdan bildirilib ki, ilkin göstəricilərə əsasən, yanvar–iyun aylarında pul baratları üzrə saldo (daxilolmalarla xaricolmaların fərqi) 540,6 milyon ABŞ dolları təşkil edərək ötən ilin müvafiq dövrü ilə müqayisədə 82,8% artıb.
Müsbət xarici sektor göstəriciləri fonunda AMB 2026-cı ilin sonuna və 2027-ci ilə cari əməliyyatlar balansının profisiti üzrə proqnozunu artım istiqamətində dəyişib. Buna qlobal enerji qiymətlərinin yüksəlməsi və qeyri-neft-qaz əmtəə-xidmət ixracındakı müsbət dinamikanın davam etməsi səbəb olub.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026