16:10 - 3.02.2026
3 fevral, Fineko/abc.az. Bankların kiçik sahibkarlığa ayırdığı kreditlərin həcmi 2025-ci ilin sonuna 1 milyard 706,9 milyon manat olub.
ABC.AZ Azərbaycan Mərkəzi Bankının statistikasına istinadən xəbər verir ki, bu, əvvəlki ilin sonu ilə müqayisədə 158,3 milyon manat və ya 10,2% artım deməkdir.
Aylıq müqayisədə isə portfel 64,9 milyon manatlıq (4%) artım göstərib.
Xatırladaq ki, bu ilin noyabrın 30-na kiçik sahibkarlığa verilən kreditlər 1 milyard 642 milyon manat, əvvəlki ilin sonunda isə 1 milyard 548,6 milyon manat təşkil edirdi.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026