18:31 - 7.01.2026
7 yanvar, Fineko/abc.az. Türkiyə bu ayın sonuna qədər 15 yaşadək uşaqların sosial şəbəkələrə girişini qadağan edən qanun layihəsini təqdim edəcək.
ABC.AZ xəbər verir ki, platforma sahibləri hüquqi məsuliyyət daşıyacaq, azyaşlıların hesablarını bloklamaq və zərərli məzmundan qoruyan filtr sistemləri qurmaq məcburiyyətində olacaq. Ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş bildirib ki, bu tənzimləmə 18 ay ərzində ekspertlərin, sosial şəbəkələrin, ailələrin və uşaqların iştirakı ilə hazırlanıb və uşaqların qorunması üzrə daha geniş sistemin bir hissəsidir.
Hökumət həmçinin rəqəmsal təhlükəsizlik alətləri tətbiq edib, zərərli məzmunu 24/7 izləyir və sosial platformalardan proaktiv tədbirlər görməyi tələb edir.
12 Avqust 2026