Yaponiyada rekord məbləğə mavi ton balığını satılıb

15:34 - 5.01.2026


5 yanvar, Fineko/abc.az. Yeni ilin ənənəvi ilk hərracında, Tokiodakı Toesu bazarında, Aomori prefekturasından olan 243 kq ağırlığında mavi ton balığı rekord 510,3 milyon yenə satılıb.

ABC.AZ xəbər verir ki, bu, 1999-cu ildən aparılan statistikaya görə ən yüksək qiymətdir.

Hərracın qalibi Tokiodakı suşi-restoranlar şəbəkəsi olub. Şirkət prezidenti qeyd edib ki, mümkün qədər çox insanın bu eksklüziv ton balığının dadına baxmasını istəyir.