11:22 - 23.12.2025
23 dekabr, Fineko/abc.az. Qızılın qiyməti artıq 50 gündür ardıcıl olaraq rekord həddə çatır.
ABC.AZ xəbər verir ki, bu barədə Bloomberg yazır. Agentlik bunu ABŞ ilə Venesuela arasında geosiyasi gərginliyin artması və Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcəsini endirəcəyi gözləntiləri ilə əlaqələndirir.
Belə ki, ötən gecə qızılın qiyməti tarixi maksimumu yeniləyib: fevral ayı üzrə tədarük olunan fyuçerslərin qiyməti Nyu-York Əmtəə Birjasında (COMEX) pik nöqtədə bir troya unsiyası üçün 4502,4 dollar təşkil edib. Bakı vaxtı ilə saat 4:46-da fyuçerslərin qiyməti 4501,5 dollara enib.
Bu arada, gümüşün qiyməti rekord səviyyə olan 70 dollara yaxınlaşıb, platin isə 2,1 min dollar həddini ötüb.
13 Avqust 2026
12 Avqust 2026