11:39 - 18.12.2025
18 dekabr, Fineko/abc.az. TotalEnergies-in baş icraçı direktoru Patrik Puyanne neftə tələbin artacağını və qiymətlərin dəstəklənəcəyini proqnozlaşdırır. Bu, OPEC və ABŞ tərəfindən hasilatın məhdudlaşdırılması və istehlakın artması sayəsində mümkün olacaq.
ABC.AZ-in məlumatına görə, uzunmüddətli perspektivdə bazar yeni layihələrin çatışmazlığı səbəbindən sabitləşəcək.
Eyni zamanda, onun qiymətləndirməsinə görə, təbii qazın qiymətləri 2027-ci ildə Qətər və ABŞ-dakı istehsal güclərinin artması səbəbindən düşəcək.
Şirkət biznesini diversifikasiya edir: Asiya ilə uzunmüddətli müqavilələr bağlayır, Mozambik və ABŞ-da layihələr inkişaf etdirir, qaz elektrik stansiyalarına, batareyalara və günəş enerjisinə sərmayə qoyur.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026