11:03 - 20.11.2025
20 noyabr, Fineko/abc.az. İndoneziya Prezidenti Prabovo Subianto dekabr ayına qədər ölkənin ən böyük neft emalı zavodunu (NEZ) açacaq.
ABC.AZ xəbər verir ki, onun sözlərinə görə, Balikpapanda Neft Emalı Zavodu 2025-ci ilin dekabrına qədər istifadəyə veriləcək. Zavod, milli yanacaq ehtiyaclarının 22-25%-ni ödəməlidir. Qeyd olunur ki, açılışa qədər işlərin təxminən 1,5%-ni bitirmək qalır.
Balikpapandakı Neft Emalı Zavodu 7,4 milyard dollar sərmayə qoyulan milli strateji layihədir. Bu layihə İndoneziyanın dövlət müəssisəsinin tarixdəki ən iri investisiyalarından biridir.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026