DOST Agentliyi həm İSF, həm də DSMF-nin vəsaitləri hesabına maliyyələşdirilir

17:13 - 12.11.2025


12 noyabr, Fineko/abc.az. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinə ayrılan vəsaitlər büdcədə ayrıca göstərilməlidir.

ABC.AZ xəbər verir ki, bu barədə Hesablama Palatasının nazirlik yanında İşsizlikdən Sığorta Fondunun (İSF) 2026-cı il büdcəsi ilə bağlı qanun layihəsinə verdiyi rəydə bildirilir.

Sənəddə xatırlanır ki, hazırda DOST Agentliyinin fəaliyyəti həm İSF, həm də Dövlət Sosial Müdafiə Fondunun vəsaitləri hesabına maliyyələşdirilir, lakin bu xərclər büdcə sənədlərində ayrıca göstərilmir.

Hesablama Palatası hesab edir ki, DOST Agentliyinə ayrılan vəsaitlərin saxlanma xərcləri tərkibində əks etdirilməsi dövlət vəsaitlərinin şəffaflığını və hesabatlılığını artıracaq, ayrılmış vəsaitlə əldə olunan nəticələrin qiymətləndirilməsini asanlaşdıracaq.

Qurum bildirir ki, bunun üçün zəruri hüquqi tənzimləmələrin həyata keçirilməsi vacibdir.