“Emirates” aviaşirkəti, turbulentliyi azaltmaq üçün AI texnologiyasını tətbiq edir

11:53 - 3.11.2025


3 noyabr, Fineko/abc.az. “Emirates” aviaşirkəti süni intellekt və real vaxt rejimində turbulentlik aşkarlama əsasında yeni hava proqnozlaşdırma sistemləri tətbiq edib.

ABC.AZ xəbər verir ki, daşıyıcı, turbulentliyi daha dəqiq proqnozlaşdırmaq üçün Skypath, Lufthansa Systems-in Lido mPilot və IATA Turbulence Aware da daxil olmaqla bir neçə platformadan məlumatları birləşdirib.

“Turbulentliyi tamamilə aradan qaldıra bilməsək də, ortaq sistemlər və müasir texnologiyalar sayəsində gözlənilməz vəziyyətləri minimuma endirməyə çalışırıq", — deyə Emirates-in uçuşlara nəzarət üzrə baş vitse-prezidenti Hassan Alhammadi bildirib.

O əlavə edib ki, aviaşirkətin təşəbbüsləri artıq ötən il ərzində turbulentlik səbəbindən insidentlərin sayının xeyli azalmasına səbəb olub.