11:32 - 30.10.2025
30 oktyabr, Fineko/abc.az. Mastercard ödəniş sistemi Zerohash kripto-startapını 1,5-2 milyard dollara almaq üçün danışıqlar aparır.
ABC.AZ xəbər verir ki, bu barədə Fortune mənbələrə istinadən yazır. Nəşr razılaşmanın hələ baş tutmayacağını qəbul edir, lakin müqavilə imzalanarsa, bunun Mastercard-ın steyblkoin sənayesinə diqqətəlayiq bir sərmayəsi olacağını göstərir.
Zerohash kripto-şirkəti 2017-ci ildə Çikaqoda qurulmuşdur, steyblkoin və kriptovalyuta ödənişlərindən istifadə üçün həllərin hazırlanmasında ixtisaslaşmışdır. Filialları Braziliyada, Bermud adalarında təmsil olunur, törəmə şirkətləri isə Avstraliya, Hollandiya, Polşa və Yeni Zelandiya kimi ölkələrdə yerləşir.
Mastercard, Zerohash və Coinbase şərh verməkdən imtina etdilər.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026