Neft ucuzlaşır, Brent bir barel üçün $64,37 təşkil edir

10:08 - 29.10.2025


29 oktyabr, Fineko/abc.az. Etalon markaların qiymətləri ardıcıl üç əvvəlki sessiyanın nəticələrinə görə azaldıqdan sonra çərşənbə günü keçirilən ticarətdə cüzi enməyə davam edir.

Brent markalı neftin dekabr ayı üçün fyuçersləri ICE Futures birjasında saat 09:52-ə olan məlumata əsasən $0,03 (0,05%) azalaraq bir barel üçün $64,37-a düşüb. Oktyabrın 28 – də keçirilən hərracların nəticələrinə görə, Brent neftinin dekabr fyuçersləri $1,22 (1,86%) ucuzlaşaraq bir barel üçün $64,40 təşkil edib.

Saat 09:52-ə olan məlumata əsasən NYMEX əmtəə birjasının ticarətində WTI neftinin dekabr fyuçerslərinin qiyməti $0,03 (0,05%) azalaraq bir barel üçün $60,12-a düşüb. Oktyabrın 28 – də aparılan hərracların nəticələrinə görə, WTI neftinin dekabr ayı üçün neft fyuçersləri $1,16 (1,89%) azalaraq bir barel üçün $60,15-a düşüb.