15:59 - 23.10.2025
23 oktyabr, Fineko/abc.az. Avropa ilə Asiya arasında nəqliyyat əlaqəsini təmin edəcək "İnkişaf yolu" Logistika Dəhlizi layihəsinin icrasına çox güman ki, gələn il başlanacaq və beş il çəkəcək.
ABC.AZ xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyinin rəhbəri Abdülkadir Uraloğlu məlumat verib.
Onun sözlərinə görə, layihənin icrası təxminən 20 milyard dollara başa gələcək, maliyyələşdirilməsində isə dörd ölkə iştirak edəcək. İlkin məlumatlara görə, "İnkişaf yolu"nun dəyəri 17 milyard dollar təşkil edəcək.
Layihəyə İraq hökuməti 2023-cü ildə start verib. "İnkişaf yolu" çərçivəsində İraqı qonşu dövlətlərlə birləşdirəcək sürətli avtomobil yolları ilə birləşdirilmiş 1,2 min km-dən çox dəmir yolu modernləşdirilməli və tikilməlidir. 2024-cü ilin aprelində Türkiyə, İraq, BƏƏ və Qətər arasında beynəlxalq nəqliyyat-logistika sisteminin yaradılması layihəsi üzrə memorandum imzalanmışdır.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026