10:48 - 20.10.2025
Bank Respublika müştəri məlumatlarının qorunmasını prioritet sayır
Hər il oktyabr ayında dünyada “Kibertəhlükəsizlik üzrə maarifləndirmə ayı” qeyd olunur. Bu qlobal təşəbbüsün məqsədi həm fərdi, həm də korporativ mühitdə istifadəçilərin onlayn təhlükələrdən qorunması üçün maarifləndirmə səylərini gücləndirmək, təhlükəsiz rəqəmsal davranış mədəniyyətini formalaşdırmaqdır.
Bank Respublika bu təşəbbüsə qoşularaq bildirir ki, təhlükəsizlik ilk olaraq Sizdən başlayır. Rəqəmsal mühitdə təhlükəsiz davranış gündəlik həyatın ayrılmaz hissəsinə çevrilməlidir. Bank müasir bankçılığın inkişafı ilə yanaşı, müştəri məlumatlarının qorunması və təhlükəsiz əməliyyat mühitinin təmin edilməsini öz fəaliyyətinin əsas prioritetlərindən biri kimi müəyyənləşdirir.
Bank Respublika müştəri məlumatlarının qorunması və rəqəmsal əməliyyatların təhlükəsizliyinin təmin olunması üçün müasir texnoloji həllər, çoxsəviyyəli daxili təhlükəsizlik protokolları və davamlı maarifləndirmə təşəbbüsləri həyata keçirir.
Bank Respublika müştərilərə kibertəhlükələrdən qorunmaq üçün aşağıdakı sadə, lakin vacib addımları tövsiyə edir:
Bank adından yayılan saxta kampaniyalara aldanmayın. Yalnız Bank Respublika-nın rəsmi səhifələrində qeyd olunan məlumatlara etibar edin.
Bank Respublika hər kəsi rəqəmsal mühitdə məsuliyyətli davranmağa, təhlükəsizlik qaydalarına əməl etməyə və şəxsi məlumatlarını qorumağa çağırır.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026