Pik saatlarda sərnişinlərin sayı gündəlik metrodan istifadə edənlərin 43,06 %-ini təşkil edib

15:11 - 16.09.2025


16 sentyabr, Fineko/abc.az. "Bakı Metropliteni" QSC yeni tədris ilinin ilk günündə 891 856 sərnişin daşıyaraq metro tarixində ikinci ən böyük nəticəyə imza atıb.

ABC.AZ səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, intervalın bir qədər də azaldılması ilə pik saatlarda xətlərdə 34 cüt qatarın hərəkətdə olması sərnişinlərin daha çevik hərəkətinə ciddi təsir göstərib.

Pik saatlarda (gün ərzində ümumilikdə 5 saat) daşınan sərnişinlərin sayı gün ərzində metrodan istifadə edənlərin 43,06 %-ini təşkil edib.

Bunun 77 392-si "28 May", 73 112-si "Koroğlu", 71 415-si "Elmlər Akademiyası", 70 843-ü "Gənclik", 67 660-i "20 Yanvar", 62 221-i isə "Nəriman Nərimanov" stansiyasının payına düşüb.