Azərbaycanda 4 min işçisi olan Bank - Hesabat

15:44 - 27.08.2025


27 avqust, Fineko/abc.az. Bu il iyulun 1-nə "Azərbaycan Beynəlxalq Bankı" ASC-də (ABB) 3 991 nəfər işləyib.

ABC.AZ Bankın yarım illik idarəetmə hesabatına istinadən xəbər verir ki, sənədə əsasən, bu, yanvarın 1-i ilə müqayisədə 2,3 % çoxdur.

Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 milyard 281,271 milyon manatdır. Bankın səhmlərinin 88,54 %-i Maliyyə Nazirliyinə, 3,64 %-i İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, 0,22 %-i “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatına (BOKT), 7,6 %-i isə fiziki və hüquqi şəxslərə məxsusdur.