Şimal-Cənub nəqliyyat dəhlizinin Azərbaycan hissəsi üzrə yük dövriyyəsi azalıb

15:47 - 26.08.2025


26 avqust, Fineko/abc.az. Bu ilin yanvar-iyun aylarında Şimal-Cənub nəqliyyat dəhlizinin Azərbaycan hissəsi üzrə yük dövriyyəsinin həcmi 1,235 milyard ton-km olub.

Bu barədə Dövlət Statistika Komitəsi  məlumat yayıb.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 265,6 milyon ton-km və ya 17,7% azdır.

Belə ki, 2024-cü ilin ilk 6 ayında Şimal-Cənub nəqliyyat dəhlizinin Azərbaycan hissəsi üzrə yük dövriyyəsinin həcmi 1,501 milyard ton-km olmuşdu.
Qeyd edək ki, hesabat dövründə bu nəqliyyat dəhlizi üzrə yük dövriyyəsinin 418,5 milyon ton-km hissəsi tranzit yüklər olub ki, bu da illik müqayisədə 70,6 milyon ton-km və ya 14,4% azdır. (C) Trend.az