“Azərşəkər”in nizamnamə kapitalı 10 mln. manata yaxın artırılıb

16:35 - 21.08.2025


21 avqust, Fineko/abc.az. “Azərşəkər” MMC-nin nizamnamə kapitalı yenidən artırılıb.

Şirkətin nizamnamə kapitalı 9 741 000 manat artırılıb.

Bununla da şirkətin kapitalı 159 780 324.50 manatdan 169 521 324.5 manata yüksəldilib.

Xatırladaq ki, “Azərşəkər” 2017-ci ildə yaradılıb. Şirkət şəkər çuğunduru, eləcə də buğda, arpa, qarğıdalı və pambıq istehsalı ilə məşğuldur. Ağcabədi, Bakı, Füzuli, Yevlax, Şəmkir və İmişlidə əkin sahələrinə sahibdir. Şirkətin qanuni təmsilçisi Nəsib İslamzadə Malik oğludur. (C) Banker