11:32 - 19.08.2025
19 avqust, Fineko/abc.az. Ukrayna Rusiyaya ərazilərlə bağlı güzəştləri nəzərdə tutan istənilən razılaşmanı rədd edəcək.
ABC.AZ xəbər verir ki, bu barədə, Financial Times-ın sərəncamında olan və Ukrayna prezidenti Vladimir Zelenskinin ABŞ prezidenti Donald Tramp və Avropa liderləri ilə görüşünün məzmununu əks etdirən sənədlərdə deyilir.
Nəşrin məlumatına görə, Ukrayna tərəfi sülh danışıqlarının yalnız ölkənin ərazi bütövlüyü qorunduğu təqdirdə aparıla biləcəyini israr edir. Bu, müharibənin həlli üçün mümkün kompromis ssenarilərin, o cümlədən Ukraynanın Rusiyanın işğal etdiyi ərazilərin bir hissəsindən imtina edə biləcəyi təkliflərin müzakirəsinə reaksiya olub.
Zelenski Ukraynanın mövqeyinin dəyişməz qaldığını vurğulayıb: kənardan heç bir təzyiq Kiyevi ərazi güzəştlərinə getməyə məcbur etməyəcək.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026