“Zəyəm Texnologiyalar Parkı” zərərdən mənfəətə keçdi

14:16 - 12.08.2025


12 avqust, Fineko/abc.az. “Zəyəm Texnologiyalar Parkı” ASC  2025-ci ilin 1-ci yarımilliyini 156 min manat mənfəətlə başa vurub. Halbuki, ötən il ASC 509 min manat zərər etmişdir.

Bu barədə şirkətin yarımillik hesabatında məlumat verilir.

Bu ilin yanvar-iyun aylarında “Zəyəm Texnologiyalar Parkı”nın əsas əməliyyat gəliri 9 milyon 561 min manat, satışın maya dəyəri isə 7 milyon 875 min manat təşkil edib.

Şirkətin cəmi aktivləri 21 milyon 569 min manatdan 21 milyon 347 min manata düşüb.
 “Zəyəm Texnologiyalar Parkı” ASC “Azmade Group” şirkətlər qrupunun tərkibində fəaliyyət göstərir. 30.06.2025-ci il tarixində faktiki işçi sayı 209 əfər olub. (C) Banker.az