14:28 - 8.08.2025
8 avqust, Fineko/abc.az. Cari ilin yeddi ayında Azərbaycanda debet kartları ilə aparılan əməliyyatların həcmi 66 milyard 195 milyon manat təşkil edib.
Bu barədə ABC.AZ Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Qeyd olunur ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 24.5% və ya 13 milyard 36 milyon manat artıb.
Hesabat dövründə debet kartları ilə aparılan əməliyyatların 37,3 milyard manatı elektron ticarət vasitəsi ilə, 20,96 milyard manatı bankomatlar vasitəsi ilə, 6,1 milyard manatı POS-terminallar vasitəsi ilə, 1,8 milyard manatı ölkə xarici əməliyyatlar vasitəsi ilə, 35.5 milyon manatı isə özünə xidmət terminalları vasitəsi ilə həyata keçirilib.
12 Avqust 2026