"BirKart Bokt" istiqrazlarına abunə yazılışı başlayır

12:21 - 8.08.2025


8 avqust, Fineko/abc.az. 7 avqust 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "BİRKART BOKT" MMC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilib.

ABC.AZ BFB-yə istinadla xəbər verir ki, qeyd olunan qiymətli kağızların abunə yazılışı 11.08.2025-ci il tarixində başlayıb, 09.09.2025-ci il tarixində bitəcək.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı: "BİRKART BOKT" MMC
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2001027732
İstiqrazın növü və forması: Faizli təmin edilməmiş, sənədsiz, adlı istiqraz
Ticarət üsulu / forması: Kütləvi / Abunə Yazılışı
İstiqrazların sayı: 20 000 (ədəd)
İlkin ticarət qiyməti: 100 AZN
İstiqrazların buraxılış həcmi: 2 000 000 AZN
İllik gəlirlilik faizi: 11.5%
Ödəmə periodu: Buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən 1 (bir) il müddətində, ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürülməklə hər 30 (otuz) təqvim gününün başa çatması tarixindən növbəti 3 (üç) iş günündən gec olmayaraq ödənilir.
Tədavül müddəti:  12 ay
Ticarətə buraxılma tarixi: Emitent tərəfindən bildiriləcək
Anderrayter:  “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC