10:48 - 4.08.2025
4 avqust, Fineko/abc.az. AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC-nin tərkibində Qarabağ Regional Filialı yaradılıb.
ABC.AZ quruma istinadla xəbər verir ki, yeni filialın tərkibinə Bərdə, Tərtər, Kəlbəcər, Ağcabədi, Ağdərə, Ağdam, Laçın, Xocalı, Şuşa, Xankəndi, Xocavənd, Qubadlı, Füzuli, Cəbrayıl və Zəngilan daxil olmaqla, ümumilikdə 15 rayon və şəhər şöbəsi daxildir.
Qeyd olunur ki, Qarabağ Regional Filialının yaradılması bölgənin ölkənin ümumi telekommunikasiya şəbəkəsinə tam və səmərəli inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyır.
8 Avqust 2026
8 Avqust 2026