13:47 - 27.09.2018
27 sentyabr, Fineko/abc.az. Valyuta hərracının nəticəsində dollar və manat eyni səviyyədə qaldı.
“Sentyabrın 27-də Azərbaycan Mərkəzi Bankı Dövlət Neft Fondunun iştirakı ilə hərrac keçirmişdir. Valyuta hərracının yekununda ortaçəkili məzənnə 1,7000 AZN/1 USD təşkil etmişdir”, - AMB-dan verilən məlumatda belə deyilir.
Sentyabrın 25-də keçirilmiş daha əvvəlki valyuta hərracında ortaçəkili məzənnə həmçinin 1,7000 AZN/1 USD təşkil etmişdir.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026