11:31 - 23.07.2025
23 iyul, Fineko/abc.az. 2025-ci ilin altı ayına əsasən, illik inflyasiya 6% təşkil edib.
ABC.AZ xəbər verir ki, bunu Mərkəzi Bankda faiz dəhlizinin parametrləri ilə bağlı keçirilən mətbuat konfransında tənzimləyici qurumun İdarə Heyətinin sədri Taleh Kazımov deyib.
O qeyd edib ki, bu, AMB-nin proqnozlarına uyğundur. Bunun sürpriz olmadığını deyən T.Kazımov qeyd edib ki, baza inflyasiya ilin ilk 6 ayında 4,8% təşkil edib.
"Nominal effektiv məzənnənin möhkəmlənməsi nominal əsasda 1,9% olaraq inflyasiyaya 0,52% azaldıcı təsir edib. İllik inflyasiyanın 2025-ci ildə 5.7%, 2026-cı ildə isə 5.3% olacağı gözlənilir", - sədr qeyd edib.
Müəllif: Elmir Murad
13 Avqust 2026
12 Avqust 2026