17:15 - 17.07.2025
17 iyul, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) ilə Əl-Huda İslam Bankçılığı və İqtisadiyyatı Mərkəzi arasında İslam bankçılığının inkişafını şərtləndirəcək strateji təşəbbüslər müzakirə edilib.
ABC.AZ AMB-yə istinadən xəbər verir ki, qurumun sədrinin I müavini Əliyar Məmmədyarov Mərkəzin baş icraçı direktoru Məhəmməd Zubair Muğalı qəbul edib.
Görüş zamanı cari iqtisadi tendensiyalar, “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” çərçivəsində İslam bankçılığının inkişafını şərtləndirəcək strateji təşəbbüslər və bu istiqamətdə zəruri olan normativ dəyişikliklər ətrafında fikir mübadiləsi aparılıb, əməkdaşlıq perspektivləri müzakirə olunub.
12 Avqust 2026