Bernstein: Bitkoin institusional artım sayəsində 2026-cı ilə qədər 200 000 dollara çata bilər

16:58 - 15.07.2025


15 iyun, Fineko/abc.az. Bernstein mütəxəssisləri bitkoinin 2026-cı ilin əvvəlinə qədər 200 000 dollara qədər artacağını proqnozlaşdırırlar.

ABC.AZ xəbər verir ki, əsas drayver pərakəndə fəaliyyət deyil, institusional investisiya axını olacaq.

Analitiklər hazırkı bazarın struktur xüsusiyyətlərini qeyd edirlər: dövlətlərin dəstəyi, steyblkoinlərin inkişafı və real aktivlərin tokenləşdirilməsi. Artım amilləri arasında Circle, Coinbase və Robinhood kimi şirkətlərin iştirakı, korporativ investisiyaların artması, ABŞ-da tənzimləmələrin yaxşılaşdırılması və kriptoderivativlər bazarının inkişafı yer alır.