“Rabitəbank”-ın kredit portfelində müsbət dinamika – Hesabat

16:46 - 14.07.2025


14 iyul, Fineko/abc.az. Cari ilin II rübü üzrə “Rabitəbank”-ın kredit portfeli böyüyərək ötən ilin müvafiq dövrü ilə müqayisədə 19% artıb.

ABC.AZ Bankın malliyyə hesabatına əsasən xəbər verir ki, nəticədə ümumi kredit portfeli 909 milyon 743 min manata yüksəlib.

Kredit portfelinin əsas hissəsini biznes kreditləri təşkil edir. Belə ki, biznes kreditləri portfeli 14% artaraq 407 milyon 857 min manata, o cümlədən, istehlak kreditləri portfeli 26% artaraq 329 milyon 386 min manata, ipoteka kreditləri isə 19% artaraq 172 milyon 500 min manata çatıb.