15:57 - 7.07.2025
7 iyul, Fineko/abc.az. Cari il iyulun 1-nə olan məlumata görə, müvəkkil banklar tərəfindən Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) zəmanəti ilə sahibkarlara güzəştli şərtlərlə 587,9 mln manat məbləğində kreditə zəmanət verilib ki, bunun da 38,2 mln manatı cari ilin yanvar-iyun aylarının payına düşür.
ABC.AZ Fonda istinadla xəbər verir ki, indiyə qədər zəmanət verilmiş kreditlərin orta müddəti 28 ay, Fond tərəfindən sahibkarlıq kreditləri üzrə hesablanmış faizlərin bir hissəsinə subsidiyanın verilməsi hesabına sahibkarların ödəyəcəyi kreditlər üzrə faktiki faiz dərəcəsi 6,2 %, bir sahibkara ayrılan kreditin məbləği isə 30 min manatdan 5 milyon manatadək təşkil edib.
Kreditlər sənaye məhsullarının istehsalı və emalı, kənd təsərrüfatı və qida sənayesi, tikinti sektoru, turizm və infrastrukturun inkişaf etdirilməsi ilə bağlı sahələrə, maşın və avadanlıq istehsalına, ticarət və xidmət sektoruna yönəldilib.
Fondun zəmanət və faiz subsidiyası hesabına sahibkarlara ayılan kreditlər vasitəsilə maliyyələşən layihələr üzrə 5700 yeni iş yerinin yaradılması nəzərdə tutulub.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026