10:08 - 3.07.2025
3 iyul, Fineko/abc.az. Azərbaycanda vətəndaşlar arasında ən çox narazılıq doğuran maliyyə qurumları banklar, sığorta şirkətləri, kredit təşkilatları və bəzi dövlətlə əlaqəli təşkilatlarıdır.
ABC.AZ sözügedən kateqoriya üzrə araşdırma aparıb. Araşdırmalarla məlum olub ki, 2024 və 2025-ci illərdə mediada və sosial şəbəkələrdə ən çox şikayət olunan qurumlar banklar, sığorta şirkətləri, Qeyri-bank kredit təşkilatları (BOKT-lər) və dövlətlə əlaqəli qurumlardır.
Belə ki, banklarla bağlı ən çox narazılıq mövzuları kredit faizlərinin yüksək olması, gecikməyə görə yüksək cərimələr, müştəri xidmətlərinin zəif olması, problemli kreditlərin icbari icraya verilməsidir.
Sığorta Şirkətləri ilə bağlı ən çox şikayət zərəri vaxtında və tam ödəməmək, sığorta hadisələrinin əsassız rədd edilməsi, müştəri xidmətlərinin zəifliyindəndir.
Bu yöndə narazılıq ən çox "AtaSığorta", "Xalq Sığorta" və "İpək Yolu Sığorta" şirkətlərindəndir. Qeyri-bank kredit təşkilatları (BOKT-lər) ilə bağlı ən çox narazılıq mövzuları faizlərin çox yüksək olması (bəzən 50%-i keçir), borclulara psixoloji təzyiqlərdir.
Burada vətəndaşların daha çox narazı qaldıqlar BOKT-lər FINCA Azerbaijan, Credo, Ideal Kredit / Molbulak / "City Finance"dır ki, bunlardan bəziləri, hətta rəsmi qeydiyyatsız da fəaliyyət göstəriblər. Dövlətlə əlaqəli qurumlar arasında ən çox narazılıq İcbari Sığorta Bürosu (İSB) ilə bağlıdır. Belə ki, narazılar nəqliyyat vasitələrinin zərərinə görə ödənişlərin gecikdirilməsi və sığorta hadisələrinin dəyərləndirilməsində qeyri-şəffaflığın hökm sürdüyünü iddia edirlər.
Müəllif: Elmir Murad
13 Avqust 2026
12 Avqust 2026